Şirkət haqqında
  Rəhbərlik
  Binalar
  Layihələr
  Əlaqə
         Şirkət haqqında
    Məqsədi – daima mükəmməllik zirvəsində olmaq, etibarlı, məsul, uğurlu və hörmətli imic qazanmaq olan – «100 il Qarant» Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-ci ildə Həziyev İ.T. təsis etmişdir.
    Həziyev İnqilab Turab oğlu – 1961-ci ildə anadan olmuşdur, azərbaycanlıdır. 1981-1987-ci illərdə İnşaat-Mühəndisləri Universitetində təhsil alaraq – inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.
Bakı şəhərində tikilən 30 ədəd hündür mərtəbəli yaşayış evlərinin tikintisində və istismara verilməsində baş mühəndis vəzifəsini yerinə yetirmişdir.
Ailəlidir.
    «100 il Qarant» MMC bir inşaat tikinti firması olaraq istər ölkəmizdə, istərsədə diqər ölkələrdə – yüksək mərtəbəli ofis və yaşayış binalarının, 2-3 mərtəbəli villa və kotejlərin, həmçinin sənae binalarının, ayləncə mərkəzlərinin tikintisi ilə məşğuldur.
    Şəxsiyyətə hörmət, məsuliyyət, komanda halında çalışmaq kimi meyarları əsas tutan kollektiv yüksək ixtisaslı mühəndislərdən və peşəkar texniki işçilərdən ibarət vahid bir ailədir.
«100 il Qarant» Məhdud Məsuliyyətli Cəmiyyəti:
    Müştəriləri üçün – Şən və firəvan həyat;
    Partnyorları üçün – qoyduqları investisiyalardan şəffaf və düzqün mənfəət;
    Əməkdaşları üçün – işdən həzz almaq və təşəbbüskar olmaq;
    Cəmiyyət üçün – təmiz biznes və ətraf mühitin qorunması
     dəyərlərini əsas tutur.

    İmicini qorumaq və mükəmməl olmaq;
    Namusla iqtisadi yüksəlişə nail olmaq;
    Qədim və müasir memarlığı qoruyub saxlamaq;
    İnsanlığa xas olan etik normalara riayət etmək;
    Ləyaqət və Şəxsiyyətə hörmət etmək;
    Azərbaycanın Milli mənəvi sərvətlərini qorumaq;
    Bəşəriyyətin firəvanlığına töhvə vermək

    ideyalarını əsas tutan kollektiv anlayır ki, yalnız müştəri məmuniyyəti ilə uğur əldə etmək olar.

Biz insanlara özümüzə yanaşdığımız kimi yanaşırıq!
Biz daima oxuyub – öyrənirik!


 
Copyright © 2008.  100  il  QARANT  MMC
www.100ilqarant.az Русский English